Almaniyanın "Köln" komandasına transfer qadağası tətbiq edilib. Bu barədə Ali futbol qurumu FİFA-nın rəsmi saytında məlumat verilib. Qərara əsasən Bundesliqa klubu qarşıdakı iki transfer pəncərəsində heyətinə yeni oyunçular cəlb edə bilməyəcək.

Cəzaya səbəb ötən il sloveniyalı hücumçu Yaka Kuberin transferində qayda pozuntusuna yol verilməsidir. FİFAnın açıqlamasında bildirilib ki, Köln klubu həmin vaxt 16 yaşlı hücumçu azad agent kimi heyətinə qatmaq və Sloveniya "Olimpiya"sına təzminat ödəməmək üçün onu klubu ilə müqaviləni pozmağına çalışıb. Kuber futboldan 4 ay müddətinə kənarlaşdırılıb, "Köln" isə Lyublyana təmsilçisinə 54 min avro cərimə ödəyəcək.